Balıqçılıq Bazası

Fishing Baron oyununda balıqçılıq bazası

Balıqçılıq bazası — oyunçu “Oyna” düyməsini basdıqdan sonra düşdüyü əsas ekran (və ya hub)dır. Hər balıqçılıq macəranız məhz buradan başlayır!

Yuxarı sağ küncdə həmişə olduğunuz balıqçılıq bazasının adını, eləcə də oyunda hazırki tarix və saatı görə bilərsiniz.

Oyun vaxtı işıqlandırmanın (gündüz/gecə) dəyişməsinə və balıqların fəallığına təsir edir: bəzi növlər yalnız gündüz, digərləri isə yalnız gecə, bəziləri isə istənilən vaxt tutulur. Lokasiyaya giriş biletinin və ya evdə bişirilən şorbalardan birinin təsiri oyun günləri ilə ölçülür. Bir oyun günü real vaxtda 1 saat 43 dəqiqə davam edir.

Həftənin günü də vacibdir: bazarda balıqların satış qiymətinə təsir edir və siz məhz orada tutduğunuz balıqları satıb sikkə qazanırsınız.

Balıqçılıq bazasının əsas düymələri